Materialların çapı ilə bağlı Tender

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tender elanının Əlavə A-da göstərilən materialların çapını həyata keçirə biləcək şirkətləri tenderdə iştirak etməyə dəvət edir. Qeyd olunan materiallar Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən həyata keçirilən “Azərbaycanda penitensiar islahatlara əlavə dəstək – 2” (SPERA 2) Birgə Proqramı çərçivəsində maliyyələşdirilən “Keçmiş məhbusların şəxsi biznes inkişafına dəstək” və “Azərbaycanın şimal-qərb bölgəsində keçmiş məhbuslara hüquqi yardımın göstərilməsi” layihələri çərçivəsində çap edilməsi nəzərdə tutulub.

Təklifinizi hazırlayarkən, xahiş edirik Əlavə A-da göstərilən çap məhsullarının təlimatlarını və məlumatlarını rəhbər tutun. Xahiş edirik, nəzərə alın ki, təkliflərinizi Əlavə B: Təqdimat forması və Əlavə C: Qiymət təklifi sənədlərindən istifadə etməklə, Bölmə 2-də göstərilən ünvana və ya e-mail ünvanına göndərə və ya təqdim edə bilərsiniz.

Tender sənədini yüklə