Qadın və gənclər üçün biznes təlimlərində iştiraka dəvət

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD), “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi (CED) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsini həyata keçirir.

Layihənin məqsədi yerli məhsulların gələcəkdə daha da inkişaf etdirilməsi, satılması və aqrar turizm potensialının istifadəsi üçün hərtərəfli kənd təsərrüfatı və sahibkarlıq yönümlü məsləhət xidmətlərinə çıxışın yaxşılaşdırılmasıdır.

Iqtisadi və Sosial İnkişaf Mərkəzi Şamaxı, İsmayıllı, Qobustan və Ağsu, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonunda yaşayan və kənd təsərrüfatı sahəsində çalışan gəncləri və qadınları biznesin inkişafı təlimlərində iştirak etməyə dəvət edir.

Layihə çərçivəsində iştirakçılar biznesin yaradılması, satış, marketinq, fandreyzinq, mühasibatlıq, biznesin idarə olunması və inkişafı və biznes-planın yaradılması təlimlərində iştirak edə biləcəklər.

Təlim proqramında uğurla iştirak edən şəxslər layihəyə biznes-planlarını təqdim edə biləcəklər və hər iqtisadi regionda 10 ən yaxşı biznes ideyanın reallaşması üçün layihə tərəfindən dəstək göstəriləcəkdir.

Şamaxı, İsmayıllı, Qobustan və Ağsu təlimlərində iştirak etmək istəyənlər Təhminə Paşayeva ilə (tahminapashayeva@cesd.az və ya  012 5943665) email ünvanına ad, soyad, rayon, kənd və əlaqə nömrənizi yazaraq və ya əlaqə nömrələri ilə əlaqə saxlaya bilərlər.

Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən təlimlərində iştirak etmək və qeydiyyatdan keçmək üçün Mais Səfərov ilə (office@uluchay.org və ya +9942424 45447 / +99470 2550195) email ünvanına ad, soyad, rayon, kənd və əlaqə nömrənizi yazaraq və ya əlaqə nömrələri ilə əlaqə saxlaya bilərlər.

Bu layihə Avropa İttifaqının maliyyə yardımı ilə həyata keçirilir. Elanın məzmununa görə CESD məsuliyyət daşıyır və burada ifadə olunan fikirlər heç bir halda Avropa İttifaqının rəsmi mövqeyi kimi qəbul edilə bilməz.