Qadınların iqtisadi inkişafı proqramında iştirak üçün dəvət

“Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin həyata keçirdiyi “Qadınların İqtisadi İnkişafı” layihəsi çərçivəsində Şəki, Qax, Zaqatala, Balakən, Şəmkir, Ağstafa, Tovuz və Qazax rayonlarının seçilmiş icmalarında həssas qadın qrupları üçün biznes və fərdi inkişaf təlimləri, biznes ideyaların dəstəklənməsi, yeni bazarlara çıxış, əlaqələrin yaradılmasında dəstək və bir çox digər fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.
Layihədə iştirak etmək üçün Ərizə formasını doldurub, sənəddə qeyd olunan vasitələr ilə bizə 21 aprel 2023-ci il 18:00-dək göndərəsiniz.